Görürəm dəyişmisən, buz olub sözün sənin,
Üşüdür baxışların, yad olub gözün sənin.
Dəryadan dərin sevgin, damla-damla yox olub.
Səbəb axtarma gülüm, etmisən özün sənin
Axır ki anlamışam qəlbində yoxdu yerim.
Gəl gözümün işığı sənə bir söz verim,
Sənin kimi bacaracam, sənə söz unudacam, mən
Bilirəm bu günəcən, heç sözümü tutmadın
Unudacam çox dedim, bir anda unutmadım
Ama indi hər gün bir səni silirəm,
Bir gün alınacaq unudacam bilirəm.