Ya Rəb mənim qelbimi dindir
Qəlb deyəni dil deyə bilmir
Qəlbimdəsən Ey gözel Allah
Subhanallah əlhəmdulillah
Dini bizə eylədin ehsan
Kafir olar danarsa insan
Dini islam dinimdir billah
Subahnallah əlhəmdulillah
La ilahə illallah
Muhammadun Rəsulullah
Əliyyun vəliyyullah
Əl tutandır Heydəri kərarr
Hər nə qədər onda ruzi var
Ehsan edər fi səbilillah
Sübhanallah əlhəmdulillah
Nemətinə şükr ola Rəbbim
Peyğəmbərdi aləmə cəddim
Fəxr edirəm onunla vallah
Sübhanallah əlhəmdulillah
Rövşən, hər an Allaha söylə
Söylədiyin zikr ola böylə
Verdiyinə şükrən lillah
Sübhanallah əlhəmdulillah
La ilahə illallah
Muhammadun Rəsulullah
Əliyyun vəliyyullah