Gözlərim yorulmayır yolunu gözləməkdən
Bu dilim usanmayır adını söyləməkdən
Sevirsənsə naz eyləmə
Sev doyunca az eyləmə
Gözlərinlə könlüm evin
Yıxıb viran eyləmə
O qara gözlərinin qəmzəsi yandırdı məni
O gül yanaqlarının busəsi yandirdi məni
Sən sevgi çiçəyisən ətirli ləçəyisən
Nə olar ay insafsız desən məni sevirsən
Sevirsənsə naz eyləmə
Sev doyunca az eyləmə
Gözlərinlə könlüm evin
Yıxıb viran eyləmə
O qara gözlərinin qəmzəsi yandırdı məni
O gül yanaqlarının busəsi yandirdi məni